Geofizika və Geologiya Portalı (GEOFİZİK.COM)
GEOFİZİK.COM portalından istifadə edən hər bir şəxs bu istifadə qaydalarına, etik standartlara və qanunvericiliyin tələblərinə riayət etməyi öhdəsinə götürür. Portal elmi-tədqiqat, mühəndis hesabatları, geoloji bilik bazası və quyu karotajı analitikası məqsədilə təqdim olunur.
İstifadəçi hesabının autentifikasiya məlumatlarının konfidensiallığına tam cavabdehdir. Hesabın üçüncü şəxslərə ötürülməsi qəti qadağandır. Hesab vasitəsilə həyata keçirilən bütün əməliyyatlara görə hesabı açan şəxs hüquqi məsuliyyət daşıyır.
Aşağıdakı fəaliyyətlər portal daxilində qəti qadağandır: sistemə zərərli kodlar yerləşdirmək, avtomatlaşdırılmış botlarla icazəsiz scraping etmək, müəllif hüquqları və unikal ştrix-kod nişanlarını silməyə və ya dəyişdirməyə cəhd etmək.
Sistem sabitliyini və kiber təhlükəsizliyi təmin etmək üçün istifadəçilərin əməliyyatları 100 KB həcmində qapalı dairəvi buferdə qeydə alınır.